Bizimsesimiz.info  // Çinin Baş nazir köməkçisi Liu Hı Amerika Birləşmiş Ştatlarının gömrük vergisi nizamnaməsinin nə Çinə nə ABŞ-a, nə də dünyaya faydası olmadığını bildirib.

ABŞ Xəzinə naziri Stiven Mnuçinlə telefonda danışığı zamanı Liu Çin-ABŞ ticarət əlaqələrinin sabitliyinin davam etdirilməsi məsələsində səylərin artırılması çağırışı edərək 1974-cü il tarixli Ticarət Qanununun 301-ci maddəsinə görə dünya ticarət qaydalarının pozulduğunu deyib.

Çin Baş naziri bildirib ki: “Bu vergi nizamnaməsi nə Çin, nə ABŞ, nə də dünyanın xeyrinədir. Çin də öz milli maraqlarını qorumağa hazırdır və buna gücü də vardır. Amma hər iki ölkə ağılla hərəkət etməlidir. Ticarət və iqtisadi münasibətlərdəki bütün sabitliyi davam etdirmə məsələsində birgə işləməyə ümid edirik”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here