Bizimsesimiz.info // ABŞ Senatının Xarici Əlaqələr komitəsi Fələstin hökumətinə iqtisadi dəstəyi təxirə salmağı nəzərdə tutan qanun layihəsini təsdiqlədiyini açıqlayıb.

Axar.az xəbər verir ki, sözügedən qanun layihəsi Fələstin rəhbərliyinin İsrail həbsxanalarındakı məhkumlara və İsrail təhlükəsizlik qüvvələri tərəfindən şəhid edilənlərin ailələrinə göstərdiyi maddi yardımları dayandırana qədər bu ölkəyə maliyyə yardımlarını müvəqqəti olaraq dayandırmağı nəzərdə tutur.

Ötən il Təl-Əvivdə öldürülən amerikalı tələbənin adını (Teylor Fors) daşıyan qanun layihəsində digər ölkələrə də Fələstinə göstərdikləri yardımları dayandırmaq barədə çağırış edilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here