ABŞ Hava Qüvvələri komandiri Ankaraya sürpriz səfər etdi

Amerika Birləşmiş Ştatları Hava Qüvvələri komandiri, general Deyv Qoldfeyn (Dave Goldfein) Ankaraya səfər edib.

Sürpriz səfər zamanı D.Qoldfeyn paytaxtda müxtəlif görüşlərdə olacaq.

Xatırladaq ki, general Deyv Qoldfeyn keçən ilin avqust ayında Adanadakı İncirlik hərbi bazasına gəlmiş, ABŞ Hava Qüvvələri 39-cu Qanat Komandanlığına baş çəkmişdi.