Bizimsesmiz.info // Suriyanın Rəqqa şəhərinin İŞİD terrorçularından azad olunması əməliyyatında ABŞ helikopterləri və dəniz piyadaları korpusunun birləşmələri iştirak edirlər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Pentaqonun nümayəndəsi Ceff Devis bildirib.

Onun sözlərinə görə, əməliyyatlarda  əsasən “Apache” hücum helikopterləri iştirak edir.

Bundan əvvəl bildirilmişdi ki, Suriya müxalifəti alyansının “Suriya demokratik qüvvələri”nin (SDF) silahlı dəstələri (kürdlər və ərəblərdən ibarət dəstələr-red.) Rəqqa şəhərinə daxil olublar.

Suriya müxalifətinin dəstələri Rəqqaya şərq istiqamətindən daxil olublar.

Qeyd edək ki, Rəqqa 2013-cü ildə İŞİD-in nəzarətindədir. Şəhər terrorçuların qeyri-rəsmi paytaxtı sayılır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here