Bizimsesimiz.info // Amerika bölgədə yeni bir İsrail yaratmaq niyyətindədir.

Axar.az xəbər verir ki, bu sözləri İranda Üləma Məclisinin 91 yaşlı rəhbəri axund Əhməd Cənnəti sentyabrın 18-də qurumun iclasında çıxış edərkən deyib. O, İraq Kürd Muxtariyyətinin yaxın günlərdə keçirmək istədiyi müstəqillik referendumundan danışıb.

“Amerika İraqı parçalayıb Kürdistanı bu ölkədən ayırmaqla bölgədə yeni bir İsrail dövləti yaratmaq istəyir. Əlbəttə ki, amerikalıların bu cəhdi nəticə verməyəcək və hesab edirəm ki, biz İraq Kürdistanının əhalisinə dəstək verməliyik.

İraqın parçalanması və Kürdistanın bu ölkədən ayrılması Amerika, Səudiyyə Ərəbistanı və İsrailin istəyidir. Onlar bölgə əhalisi arasında nifaq və ayrılıq salmaqla müsəlmanları zəiflətməyə çalışırlar”, – axund bildirib.

Qeyd edək ki, Şimali İraq Kürd Muxtariyyətində müstəqillik referendumu sentyabrın 25-də keçiriləcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here