ABŞ-ın İran, Rusiya və Şimali Koreyaya yeni sanksiyaları qeyri-qanunidir

Bizimsesimiz.info // Fransa Xarici İşlər Nazirliyi Amerika Birləşmiş Ştatlarının İran, Rusiya və Şimali Koreyaya planlaşdırdığı yeni sanksiyaların qanuni olmadığını bildirib.

Şərhdə deyilir: “ABŞ-ın İran, Rusiya və Şimali Koreyaya tətbiq etmək istədiyi yeni sanksiyalar beynəlxalq hüquqa uyğun deyil. Amerika dövlət suverenliyi qanunlarını pozur. Fransa və Avropa bu sanksiyaların dəyişilməsini təklif edir. Məsələnin Avropa İttifaqı səviyyəsində müzakirə edilməsinə ehtiyac yaranır.”

Qeyd edək ki, ABŞ Nümayəndələr Məclisi tərəfindən qəbul edilən sanksiyalara Avropa şirkətləri də etirazını bildirib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir