Bizimsesimiz.info  // İran baş qərargah rəisi Məhəmməd Hüseyn Baqiri ABŞ-ın İŞİD üzvlərini İraq və Suriyadan Əfqanıstana daşıdığını deyib.

ABŞ-ın İŞİD terror qruplaşmasının üzvlərini İraq və Suriyadan Əfqanıstana köçürdüyünü qeyd edən Məhəmməd Hüseyn Baqiri ABŞ-ın Əfqanıstanda mövqeyini qorumaq üçün bu yoldan istifadə etdiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, bir müddət öncə İran İslam Respublikasının ali dini lideri Ayətullah Seyid Əli Xamenei Əfqanıstanda baş verən son terror hadisələrində günahsız insanların həyatını itirməsinə görə çox narahat olduqlarını qeyd edərək, ABŞ-ın bölgədə yürütdüyü siyasəti sərt tənqid etmişdi.

ABŞ-ın İŞİD terrorçularını Əfqanıstana köçürməsinin səbəbinin bölgədəki varlığını davam etdirmək olduğunu qeyd edən Ayətullah Xamenei bununla da ABŞ-ın sionist İsrail rejimin təhlükəsizliyini təmin etmək istədiyini söyləmişdi. //eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here