Bizimsesimiz.info  // ABŞ ordusuna məxsus hərbi kəşfiyyat təyyarələri Rusiyanın Suriyadakı hərbi bazası ətrafında görünüb.

Məlumata əsasən, ötən gün ABŞ kəşfiyyat təyyarəsi Rusiyanın Tartus və Hmeymim hərbi bazaları ətrafında kəşfiyyat uçuşu həyata keçirib.

ABŞ kəşfiyyat təyyarələri, həmçinin Rusiyanın Baltik dənizi sərhədlərində və Qara dənizdə müşahidə edilib.

Bundan əlavə, ABŞ kəşfiyyat təyyarələrinin Rusiyanın Kalininqrad vilayəti ərazisində də kəşfiyyat uçuşları həyata keçirdiyi bildirilir.

Eyni zamanda, ABŞ-ın digər radioelektron kəşfiyyat təyyarəsi və dəniz kəşfiyyatçısı Krım yaxınlığında müşahidə edilib. //eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here