Bizimsesimiz.info // ABŞ Liviyaya qarşı sanksiyaları genişləndirib. Bu barədə ABŞ Maliyyə nazirliyinin məlumatında bildirilir.

Məlumata əsasən, yeni sanksiyalar qeyri-qanuni neft məhsullarının satışı ilə məşğul olan özəl  qurumlara və şəxslərə yönəldilib. Sanksiya siyahısına 6 fiziki şəxs, 24 şirkət və 7 gəmi daxil edilib.

“Neftin qeyri-qanuni satışı Liviyanın suverenliyini pozur, “qara bazar”ı genişləndirir və ölkədə  qeyri-sabitliyin artmasına səbəb olur”, məlumatda deyilir.  ABŞ vətəndaşları və təşkilatlarına “qara siyahı”ya daxil edilən şəxslər və şirkətlərlə əməkdaşlıq etmək qadağan edilib. // virtualaz.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here