ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Qasım Süleymaniyə məktub göndərib

Bizimsesimiz.info  // ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri Mark Pompeo İran İslam Respublikasının İnqilab Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandiri general-leytenant Qasım Süleymaniyə məktub göndərib.

Bu barədə İranın ali dini liderinin baş qərargah rəisi Ayətullah Məhəmməd Gülpayqani danışıb.

O bildirib ki, Qasım Süleymani Suriyanı Əbu Kamal şəhərinin İŞİD terrorçularından azad edilməsi əməliyyatlarına başçılıq edərkən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin bölgədəki vasitəçisi ona Mark Pompeonun məktubunu təqdim edib.

Ayətullah Gülpayqani Qasım Sülyemaninin məktubu almaqdan imtina edərək, “Bizim danışılacaq ortaq söhbətimiz yoxdur” , – deyə söylədiyini bildirib.

Ayətullah Gülpayqani Qasım Sülyemanini tərif edərək, onun İslam İnqilabının məhsulu olduğunu diqqətə çatdırıb.

Mövzu ilə əlaqədar isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən hər hansı açıqlama verilməyib. //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.