ABŞ-a məxsus “John S. McCain” hərbi gəmisi yük gəmisi ilə toqquşub

Bizimsesimiz.info // ABŞ-a məxsus “John S. McCain”  hərbi gəmisi Sinqapur sahillərində Liberiya bayrağı altında üzən yük gəmisi ilə toqquşub.

Qəza nəticəsində amerikalı 10 dənizçinin itkin düşdüyü, 5 nəfərin isə yaralandığı bildirilib.

Qəzadan əvvəl hərbi gəminin Sinqapurdakı limanda adi lövbər salacağı, ancaq gəminin hələ də məlum olmayan səbəbdən Liberiya bayrağı altında üzən “Alnic MC” adlı yük gəmisi ilə toqquşduğu qeyd olunub.

ABŞ donanması Sinqapurun şərqində baş verən qəzada 10 dənizçinin itkin düşdüyünü, 5 nəfərin isə xəsarət aldığını açıqlayıb. Gəminin bir tərəfində xəsarət olduğu, ancaq Sinqapurdakı limana öz imkanları ilə irəliləməkdə davam etdiyi bildirilib.

Ticarət neft gəmisindəki xəsarət və ekipaj haqqında haqqında hələ də dəqiq məlumat yayılmayıb.

Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir. Hadisə ilə əlaqədar araşdırma aparılır.

Malayziya da fəaliyyətlərdə iştirak etməsi üçün bölgəyə iki gəmi göndərib.

Sinqapurlu rəsmilər qəzadan sonra dənizə neft sızıntısının olmadığını açıqlayıblar.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir