ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauert keçirdiyi mətbuat konfransında maraqlı açıqlamalar verib.

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, o bildirib ki, ABŞ digər ölkələri Rusiya ilə xüsusilə də hərbi-sənaye sahəsində əməkdaşlıqdan çəkindirməyə çalışır. “Rəsmi Vaşinqton artıq bütün ölkələrdəki səfirliklərə bu istiqamətdə fəaliyyəti daha da aktivləşdirmək üçün müvafiq təlimatlar göndərib” – deyə, H.Nauret əlavə edib: “Onlara diplomatik fəaliyyət göstərdikləri ölkələrin hökumətləri ilə danışıqlar apararaq, onlara rəsmi Moskva ilə analoji formada əməkdaşlığa cəhd edəcəkləri təqdirdə ABŞ tərəfdən ciddi problemlərlə üzləşəcəkləri ilə bağlı xəbərdarlıq etmək tapşırılıb”.

Bununla belə, H.Nauert həmin problemlərin nədən ibarət olacağını açıqlamayıb.

Qeyd edək ki, bu, ABŞ Dövlət Departamentinin ikinci xəbərdarlığıdır. MDB ölkələri və Rusiya ilə tərəfdaş olan digər dövlətlərə ilk xəbərdarlıq “Kreml məruzəsi” sanksiyaları tətbiq olunanda edilmişdi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here