ABŞ ordusu 15 ildir ki, PUA-dan istifadə edərək, qırğın və cinayət törədir

Bizimsesimiz.info // ABŞ məhkəməsinin Yəməndə Amerika ordusunun pilotsuz uçan aparatlardan(PUA) istifadə edərək, həyata keçirdiyi hücumlarda ölən və yaralananların ailələri tərəfindən qaldırılan şikayət ərizəsini rədd etməsi bir daha Vaşinqtonun PUA-dan istifadə edərək, törətdiyi cinayətlərin gündəmə gəlməsinə səbə bolub.

Beyrutda çıxan Əl-Əxbar qəzeti yazır: ABŞ ordusunun pilotsz uçan aparatlardan istifadə edərək, Yəməndə həyata keçirdikləri əməliyyat zamanı həyatını itirmiş 2 nəfərin ailəsi ABŞ məhkəmələrinə şikayət etsələr də, onların şikayətləri təmin edilməyib. Və ABŞ-ın Apelyasiya Məhkəməsi də bu şikayətləri rədd edib.

ABŞ məhkəməsinə təqdim edilmiş sənədlərə əsasən bu iki nəfər Yəmənin Həzərəmot vilayətində, Xəşamər məntəqəsində qətlə yetiriliblər. 2012-ci ildə öldürülən hər iki nəfər sivil vətəndaş olub.

ABŞ ordsunun PUA-dan istifadə etdiyi bir başqa hücum əməliyyatında da 15 yəmənli həyatını itirmişdi. Bu əməliyyat zamanı bir toy mərasimi hədəfə alınmışdı.

ABŞ ordusunun PUA-dan istifadə etməsi müxtəlif ölkələrdə 15 ildir ki, günahsız insanlar arasında qırğına yol açır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir