ABŞ Pakistana təhlükəsizlik sahəsində yardımı dayandırdı
Bizimsesimiz.info // ABŞ Pakistana təhlükəsizlik məsələlərində yardımı dayandırıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert bildirib.
“Bu gün biz təsdiq edə bilərik ki, Pakistana milli təhlükəsizlik sahəsində yardımı dayandırırıq, ancaq milli təhlükəsizlik sahəsində”, – deyə o vurğulayıb.
Nauert qeyd edib ki, bu qərar Pakistan hakimiyyətinin terrorçuluqla mübarizədə kifayət etməyən tədbirlərinə cavabdır. “Pakistan daha çox qətiyyətli hərəkətlər etməlidir”, – deyə o əlavə edib.
Daha əvvəl ABŞ mətbuatı Donald Tramp administrasiyasının Pakistana təhlükəsizlik sahəsində yardımın dayandırılması planını elan etməyə hazırlaşdığını xəbər verib.