ABŞ-ın Panamadakı səfiri istefa verib
Bizimsesimiz.info // ABŞ-ın Panamadakı səfiri Con Fili istefa verib.
Bu barǝdǝ yerli media orqanları mǝlumat yayır. Mǝlumata görǝ, Fili ABŞ Dövlǝt Departamentinǝ təqdim etdiyi istefa ərizəsində bundan sonra Tramp administrasiyasına xidmət etməyəcəyini bildirib.
Dövlət Departamentindən faktı təsdiqləyərək diplomatın martın 9-dan postunu tərk edəcəyini bildiriblər.
Qeyd edǝk ki, C.Fili Barak Obamanın prezidentliyi dövründə — 2015-ci ildə Panamaya səfir təyin edilmişdi.