ABŞ peykləri KXDR-in yeni nüvə sınağına hazırlığı qeydə alıblar

Bizimsesimiz.info // ABŞ-ın casus peykləri KXDR-də nüvə sınağı poliqonunda fəaliyyəti qeydə alıblar.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumatına görə, bu haqda CNN telekanalı xəbər verir.

Məlumata görə, ABŞ kəşfiyyat birliyi Pxenyanın növbəti, altıncı nüvə sınağı həyata keçirib-keçirməyəcəyinə dair qənaətinə hələ gəlməyib.

Qeyd edilir ki, peyklər Şimali Koreyalı işçilərin yeraltı poliqonun girişlərinin birində iş apardıqlarını qeydə alıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.