ABŞ prezidenti İspaniyanın baş nazirini prezident kimi təqdim edib
Bizimsesimiz.info // ABŞ prezidenti Donald Tramp ötәn gün ölkәsinә sәfәr edәn İspaniyanın baş naziri Mariano Rahoyu sosial şəbəkədə prezident kimi təqdim edib və adını yanlış yazıb.
“Mənim üçün İspaniya prezidenti Marianor Coyu qəbul etmək şərəfdir”, – deyә Donald Tramp şәxsi ‘‘Twitter’’ sәhifәsindә yazıb.
Donald Tramp birgə mətbuat konfransında da İspaniyanın baş nazirinə “cənab prezident” deyə müraciət edib.
ABŞ lideri tərəfindən prezident kimi təqdim edilən Rahoyun özü də təəccüblənib.