ABŞ-ın Qüds planı hüquqdan kənar bir qərar olacaq

Bizimsesimiz.info // Türkiyənin baş naziri Binəli Yıldırım  ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanıma planı ilə bağlı  fikir bildirdi.

“ABŞ prezidenti Trumpın Qüdsün hüquqi statusunu dəyişdirəcək, pozacaq bir açıqlama verəcəyi məlumatı hazırkı vəziyyətdə sensasiya xarakteri daşıyır. Amerika səfirliyini Qüdsə köçürmək niyyətində olduğunu bildirir və Qüdsün İsrailin paytaxtı olaraq  tanınması ehtimalından danışılır. Bu, hər iki halda  hüquqdan kənar bir qərar olacaq və regionda mövcud olan problemləri  dalana dirənmiş vəziyyətə gətirəcək.  Bu səbəbdən, ABŞ prezidentinin belə  bir açıqlama verməməsi həm bölgənin gələcəyi, həm də bəşəri sülh baxımından həyati əhəmiyyət daşıyır”

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.