ABŞ-ın rəhbərlik etdiyi koalisiya qərərgahı Rəqqanın azad edildiyi xəbərini təsdiq etməyib
Bizimsesimiz.info // ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın qərərgah İŞİD terror təşkilatının əsas istinadgahı olan Suriyanın Rəqqa şəhərinin terrorçulardan tam azad edildiyi xəbərini təsdiq etməyib.
SalamNews-un “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, koalisiyanın nümayəndəsi Rayan Dillon, son sutka ərzində təxminən 100 terrorçunun təslim olduğunu və şəhərdən çıxarıldığını söyləyib. Ancaq o, yaxın bir neçə gün ərzində terrorçularla döyüşlərin davam edəcəyini deyib.
“Biz qarşıdakı günlərdə ağır döyüşlərin gedəcəyini gözləyirik və hələlik İŞİD-in tamamilə məğlub ediləcəyi tarixi dəqiqliklə deyə bilmirik”,- deyə o bildirib.