ABŞ Rusiya sərhədinə nüvə silahı daşıya bilən təyyarələr göndərdi

Bisimsesimiz.info // ABŞ Rusiya sərhədində reallaşan NATO təliminə qatılmaq üçün nüvə silahı daşıya bilən B-52 bombardmançı təyyarələrini göndərib.
Sputnik xəbər verir ki, ABŞ Hava Qüvvələrinin Rusiya sərhəd bölgəsində həyata keçirilən NATO təliminə qatılmaq üçün nüvə silahı daşıya bilən bir neçə B-52 strateji bombardmançı təyyarəsini Avropaya köçürdüyü açıqlanıb.

Xəbərdə bombardman təyyarələrinin və 800 hərbi qulluqçunun Avropada iyunda NATO müttəfiqlərinin iştirakı ilə keçiriləcək təlimə dəstək vermək üçün Böyük Britaniyadakı bir hərbi hava bazasına yerləşdiriləcəkləri deyilib.

Təlimlərin Baltik dənizində, Arktikaya yaxın bölgədə və Rusiya sərhəd bölgələrində ABŞ-a müttəfiq bir neçə NATO ölkəsinin iştirakı ilə keçiriləcəyi bildirilib. // avropa.info

1 COMMENTS

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir