ABŞ Rusiyanın cavab zərbəsinə hazırlaşır – GƏRGİNLİK SON HƏDDƏ

Bizimsesimiz.info // ABŞ doğrudan da Suriyada özünümüdafiə hüququnu saxlayır, ancaq bu o demək deyil ki, Rusiya ilə hərbi konfliktə gedəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri Ağ Ev nümayəndəsi Şon Spayser birinci gün keçirdiyi brifinqdə Rusiyanın son açıqlamasını şərh edərkən deyib. O bildirib ki, Suriya qırıcısının vurulmasından sonra ABŞ özünü müdafiəni gücləndirib.

Jurnalistin “ABŞ Rusiya ilə müharibənin astanasındadır?” sualına isə Spayser belə cavab verib: “Mən elə söz demədim”.

Qeyd edək ki, ABŞ rəhbərliyindəki koalisiya bazar günü Suriya qırıcısını Rakka üzərində vurub. Bunun ardınca isə Rusiya MN bəyanat yayıb. Bəyanatda bildirilir ki, Rusiya ABŞ-la Suriyada terrorizmə qarşı mübarizə sahəsində bütün əlaqələri dayandırır: bundan sonra koalisiya qüvvələrinin Fərat çayının qərb sahilindəki bütün təyyarə və pilotsuz aparatlarının fəaliyyəti Rusiya hava hücumundan müdafiə sistemlərinin nəzarətində saxlanılacaq.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir