ABŞ-ın Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Devid Maykl Satterfild Xarici İşlər Nazirliyinə çağırılıb.

Gununsesi.org-un “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb ABŞ Konqresinin Nümayəndələr Palatasında qondarma erməni soyqırımını rəsmi olaraq tanıyan qanun layihəsinin təsdiq olunmasıdır.

Qeyd edək ki, 405 konqresmen qətnamənin lehinə, cəmi 11 nəfər əleyhinə səs verib. Sənəd Nümayəndələr Palatasına demokrat Adam Şiff tərəfindən təqdim edilib.

Qəbul edilən layihə Senatda müzakirəyə çıxarılacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here