ABŞ səfirinin 1944-cü ildə Ankaradan yazdığı MƏXFİ MƏKTUBU

Bizimsesimiz.info // İkinci Dünya Müharibəsi illərində Türkiyədə bir hərəkətlənmə və təşkilatlanma vardı. Bundan narahat olan hökumət irqçi və Turançı kimi tanınanlarla bağlı əməliyyatlar keçirməyə başlayır. O səbəblə də aktiv turançılar təqib olunur və məhkəmələrə çəkilir. Hadisə ilə bağlı ABŞ-ın Ankaradakı səfiri Laurens Steinhart 1944-ci il sentyabrın 21-də 798 saylı məxfi qrifli yazışmasında İrqçilik-Turançılıq iddiasına görə mühakimə olunan 23 nəfər haqqında öz hökumətinə məlumat verir. Səfir hadisəni belə şərh edir:

“Gizli bir türk təşkilatı (özlərini türk irqinə və mədəniyyətinə bağlı hesab edən bir təşkilat)”  Ankara Konservatoriyasının müəllimi Səbahəddin Əlinin və milliyyətçi yazar Nihal Atsızın ittiham edilməsi əsnasında ortaya çıxdı.

Bu iddia əsnasında anti-kommunist nümayişlər təşkil etməkdə günahlandırılan bir qrup tələbə də tutuldu. Bunlar panturançılıq ideyalarını və faşist doktrinalarını türk şagirdlər və ziyalılar arasında yaydıqlarına görə cəzalandırıldılar.

İnönü çıxışlarında 19 may mərasimlərində Pan-Turançılıq mövzusuna da toxundu. Sentyabrın 7-də İstanbulda qaldırılan iddia əsasında polisin bu barədə araşdırma və istintaq aparmasına şərait yarandı. Təşkilatçılardan heç biri gözə dəymədi. Məhkəmədə tələbələr, müəllimlər və gənc zabitlər mühakimə edilirdi. Təqsirləndirilən 23 nəfərin lideri olan Toğan Rusiyadakı müsəlman türklərin öz soylarına qaytarılması fikrini müdafiə edir. İddianamədə təqsirləndirilənlərin Konstitusiyanı pozduqları bildirilir. Digər ölkələr bu işin arxasında Almaniyanın olduğunu düşünürlər. Çünki Almaniya Türkiyənin onunla müttəfiq olaraq müharibəyə qatılmasını istəyir.

İddianamədə irqçilərin öz aralarında bəzi şifrələrdən istifadə etdikləri də yazılır. Panturançı hərəkatının əhəmiyyətini və gücünü təxmin etmək olduqca çətin işdir. Bunlar hökumət çevrələrində bir sıra ziyalılar tərəfindən qurulsa da, hərəkatın kökü xalqdan ayrı kimi göstərilir.

İnönü mayın 19-da olan çıxışında aldığı qərarı açıqlamışdır. O, çıxışında irqçilik məsələsi ilə bağlı xəbərdarlıq edərək hökumət tərəfindən bu hərəkatın fəaliyyətinə imkan verilməyəcəyini bildirdi.  Türk mənbələrimzidən əldə etdiyimiz məlumata görə, panturançılıq hərəkatı gənclər arasında yayılıb və hətta bəzi gənclər hökumət üzvləri tərəfindən müdafiə olunur. Bu təşkilata almanlar tərəfindən verilmiş pulun nə qədərini aldıqlarını hələlik müəyyən edə bilməmişik. Ancaq o da var ki, Turançılqıda günahlandırılanların çoxu Almaniyaya səfərlər ediblər. Hazırda Almaniyada olan və mühakimə olunanlarla əlaqəsinin olduğu söylənilən Huriye İmam bu dediyimə misal ola bilər.

Etibarlı mənbələr həmçinin Nuri Dəmirağın panturançılıq hərəkatı ilə gizli əlaqələrinin olduğunu bildirir. Ancaq bu iddia sübuta yetirilməyib.

Nuri Dəmirağ Türkiyənin çox zəngin insanlarından biridir. Eyni zamanda çox çılğın bir şəxs olduğu bildirilir. O, həmçinin Ənvər Paşanın qardaşı Nuru Paşa ilə yaxın dostdur.

Qeyd edim ki, İstanbulda general Əli İhsan Sabis haqqında iddia qaldırıldı. Sabis təqaüddə olan generallardandır. Deyilənə görə, 1920-ci ildə Atatürklə mübahisəsi olduğuna görə rejimə qarşı kin bəsləyir. Hətta Sabisin Hitlerin əməliyyatları idarə etdiyi mərkəzdə iki dəfə olduğu deyilir. Fəqət, səfirliyin bir türk kəşfiyyatçısından aldığı məlumata görə, Sabisin Pan-Turançı hərəkatı ilə yaxından əlaqəsi var. Gələn məlumatlar içərisində qeyd edilir ki, Sabis Almaniyada Zəki Vəlidi Toğanla birlikdə hərəkatı idarə edir”.

Təqdim etdi: Rəşad Sahil – enter.news

1 COMMENTS

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir