“ABŞ səfirliyi Tel-Əvivdən Qüdsə köçürməklə səhvə yol verəcək”

“Şərqi Qüds məsələsinə həsr edilmiş konfransın Azərbaycanda keçirilməsi olduqca vacibdir. Buna görə biz Azərbaycana minnətdarıq”.

Bizimsesimiz.info xəbər verir ki, bu barədə “Report”a Qüds məsələsinə dair Bakıda keçirilən beynəlxalq konfrans barədə açıqlama verərkən BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair Komitəsinin sədri Rafael Dario Ramires Karrenyo deyib.

Azərbaycanın balanslaşdırılmış xarici siyasətini qeyd edən Rafael Dario Ramires Karrenyo ölkənin Fələstin və İsraillə yaxşı münasibətlərinin olduğunu da vurğulayıb.

BMT nümayəndəsi həmçinin münaqişənin “iki xalq üçün iki dövlət” prinsipi əsasında nizama salınmasının vacibliyini vurğulayıb. Lakin o, Fələstin torpaqlarında yaşayış məskənlərinin tikintisi üzrə İsrail siyasətinin aparılmasının yolverilməz olduğunu bildirib: “Beləliklə, onlar sülhün yaradılması imkanını dağıdırlar”.

ABŞ-ın səfirliyin Tel-Əvivdən Qüdsə köçürülməsi cəhdlərinə toxunan D.Karrenyo bu addımın yanlış olacağını deyib: “ABŞ-ın məsələdə böyük məsuliyyəti var və səfirlik köçürüləcəyi təqdirdə, bu, bütün müqavilələri pozacaq”.

1 COMMENTS

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir