ABŞ səfirliyinin Qüdsə köçürülməsi yenidən gündəmdə
Bizimsesimiz.info // Amerika nümayəndə heyətinin işğal altındakı Fələstin torpaqlarına son səfərində ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi məsələsi bir daha gündəmə gətirilib.
Bu barədə “İsrail Tayms” qəzeti xəbər verib.
Qəzet ABŞ Prezidenti Trampın kürəkəni Cared Kuşnerin rəhbərlik etdiyi nümayəndə heyətin İsrail Baş naziri Binyamin Netanyahu ilə görüşündə bir daha ABŞ səfirliyinin Qüdsə daşınması məsələsini gündəmə gətirdiyini bildirib.
Amerika tərəfi Trampın seçki vədlərindən biri kimi ABŞ səfirliyinin Qüdsə köçürülməsi məsələsini ciddi təqib edəcəyi sözünü verib. // eastnews.org