ABŞ Senatı Trampa qadağa qoydu

Bizimsesimiz.info // ABŞ Senatı ötən gün sentyabradək tətilə yollanıb.

Bizimsesimiz.info  APA-ya istinadən verdiyi xəbərə görə, tətilə getməzdən əvvəl Senat məzuniyyət dövründə prezident Donald Trampa təyinatlar etməyə qadağa qoyub.

Məlumata görə, qərar yekdilliklə (100 səs) qəbul edilib. Senat avqust ayı ərzində hər biri bir neçə dəqiqə davam edəcək  9 formal sessiya keçirəcək.

Qeyd edək ki, ABŞ prezidentləri bu vaxtadək Konqres tətilində olan zaman dəfələrlə məmur təyinetmə hüququndan yararlanıblar.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir