ABŞ Somaliyә zәrbәlәr endirdi
Bizimsesimiz.info // Amerika Birlәşmiş Ştatlarının Somalinin Somalinin cәnubuna zәrbәlәr endirdiyi bildirilib.
Bu barәdә ABŞ-ın Afrika Komandanlığından verilәn açıqlamada bildirilib.
Mәlumata görә, zәrbәlәr nәticәsindә Әş-Şәbab-ın 13 üzvü ölüb.
Mәlumatda hücumun tәşkil edildiyi bölgәdә yaşayış mәntәqәlәrinin olmadığı vurğulanıb.
Bu il ABŞ-ın pilotsuz uçuş aparatı vasitәsi ilә Somalidә 34 hava әmәliyyatı keçirdiyi bildirilib.