ABŞ Suriya vətəndaş müharibəsinə daha böyük müdaxiləyə hazırlaşır

Bizimsesimiz.info // “Amerika Birləşmiş Ştatları Suriya vətəndaş müharibəsinə daha böyük müdaxilə üçün gərgin şəkildə hazırlaşır”, məlumatı Almaniyanın “Bild” qəzeti verib.

Məqalədə yazılana görə, peyk şəkilləri Suriyanın şimalındakı Kobani yaxınlığında gizli Amerika hava bazası qurulduğunu ortaya çıxarıb. 1,9 kvadrat kilometrlik ərazidə qurulan baza 235 futbol sahəsi böyüklüyündədir.

DAEŞ əleyhinə koalisiya spikeri “Bild” qəzetinə sözü gedən mövzuyla bağlı şərh verərək bildirib ki, bu hərbi baza koalisiyanı dəstəkləmək üçün planlaşdırılılıb. Bura, eyni zamanda, C-130 və C-17 tipli yük və C-17 “Globemaster” reaktiv təyyarələri enəcək.”

“Bild” qəzeti bu hərbi bazanın yerinin çox gizli saxlanıldığını və “online” xəritələrdə görünməyən peyk fotoqraflarını “TerraServer” şirkətindən satın aldıqlarını yazıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.