Bizimsesimiz.info // Rusiyanın Müdafiə Nazirliyi ABŞ-ın Suriyadakı terrorçulara kəşfiyyat xidməti göstərə biləcəyini bildirib.

Nazirliyin sözçüsü İgor Konaşenkov Suriyada ABŞ-ın nəzarətindəki bölgələrdən Suriya ordusuna hücum edən terror təşkilatı DEAŞ-ın hökumət ordusunun mövqeləri ilə əlaqəli kəşfiyyatı amerikalılardan əldə etmiş ola biləcəyini söyləyib.

Terrorçuların Suriya hökumət qüvvələrinin gizli yerlərini dəqiq olaraq bildiklərini və buralara müdaxilə etmədiklərini bildirən Konaşenkov deyib ki, terrorçular bu məlumatları sadəcə hava kəşfiyyatı vasitəsilə əldə edə bilərdilər. Bu məlumatlar təxribat üçün onlara ciddi səylə çatdırıldı.

Bölgədəki hücumların arasında tək bir əlaqə olduğunu dilə gətirən Konaşenkov “Bu hücumların hamısı, Suriya-İordaniya sərhədindəki, ABŞ əsgərlərinin yerləşdiyi əl Tanfdan gəlir” deyə bildirib.

Konaşenkov Suriyada DEAŞ ilə mübarizədə ən böyük əngəlin terror təşkilatının hərbi gücü ilə əlaqəli olmadığını bildirərək, “ABŞ-ın Suriyada terrorçu qruplara verdiyi dəstək ölkədəki terrorçuların məhv edilməsinin qarşısındakı ən böyük əngəldir” deyə vurğulayıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here