ABŞ Suriyanı vurmağa başladı – FOTO, VİDEO

ABŞ, İngiltərə və Fransa Suriyada uzunmüddətli hərbi əməliyyatlara başladı

Donald Trampın Suriya ilə bağlı “vur” əmrindən sonra ABŞ hərbi qüvvələri Suriyaya raket zərbələri endirməyə başlayıb.

Musavat.com-un məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər yayıb. Xəbərdə bildirilir ki, Dəməşqdə elmi araşdırmalar mərkəzi partladılıb. Dəməşq şəhərində ard-arda 6 partlayış səsi eşidilib. Hazırda Bərzadakı elmi araşdırmalar mərkəzindən tüstü havaya qalxır.

Bundan başqa, 4-cü briqada milis qüvvələri mərkəzi ABŞ hərbi gəmilərindən atılan “Tomahawk” raketləri ilə vurulub.

***

Son məlumatlara əsasən, Dəməşq şəhərindəki hava limanı da raketlərlə vurulub. ABŞ-ın hücumuna Suriya havadan müdafiə sistemi cavab verib.

ABŞ əməliyyatların uzunmüddətli olacağını açıqlayıb.

***

İngiltərə Müdafiə Nazirliyi Suriyadakı əməliyyatla bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, hazırki əməliyyata İngiltərənin 4 “Tornado” təyyarəsi qatılıb.

Fransa da əməliyyatlara dəstək verdiyini bildirib.

***

Bombardman Bərza bolgəsində elmi araşdırmalar mərkəzi, Qaysun dağlarında Respublika Mühafizəçiləri mərkəzi, Mezzeh hərbi hava limanı, Damir hərbi hava limanı, Alkasva bölgəsi və paytaxt Dəməşqdəki bəzi mərkəzləri əhatə edir.

***

Paytaxtın ətrafı havadan bombardman edilir. Dəməşqdə yerləşən 81-ci və 21-ci batalyonun havadan müdafiə qüvvələri ABŞ-ın hücumuna qarşılıq verir.

ABŞ-ın Baş Qərargah rəisi vurulan hədəflərin Dəməşqdə kimyəvi silah araşdırma mərkəzi və Xümsdə kimyəvi silah anbarı olduğunu açıqlayıb.

ABŞ hava əməliyyatının bugünlük başa çatdığını bildirib.
https://youtu.be/F-jhBIlMIak

 

1 COMMENTS

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir