ABŞ təyyarəsi Rusiyaya girməyə cəhd etdi – YENİLƏNDİ

Bizimsesimiz.info // Baltik dənizi üzərində Rusiya və ABŞ təyyarələri bir-birilərinə 1.5 metrə qədər yaxınlaşıb.

Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus” məlumat yayıb.

Rusiyanın Su-27 təyyarəsinin dəniz üzərində tədqiqat uçuşu həyata keçirən ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus RC-135-ə sürətlə yaxınlaşdığı bildirilib.

Amerikalı rəsmilər bu olayı Rusiya tərəfinin provokasiyası kimi dəyərləndiriblər.

***

Baltik dənizi üzərində ABŞ-a məxsus RC-135 təyyarəsinin qarşısının alınması üçün Rusiyanın Su-27 qırıcısı havaya qalxıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilib.

“İyunun 19-da Baltik dənizi üzərində Rusiya sərhədlərinə doğru uçan obyekt müəyyən edildi. Həmin obyektin qarşısının alınması üçün Baltik Donanmasına aid Su-27 təyyarəsi səmaya qalxdı. Naməlum obyektin ABŞ-a məxsus R-135 olduğu müəyyən edildi”, – bəyanatda bildirib.

Nazirlik həmçinin onu da qeyd edib ki, ABŞ təyyarəsi provokasiyaya cəhd edərək, Rusiya qırıcısına yaxınlaşmaq üçün manevr edib:

“Rus pilot dərhal manevranı müəyyən etdi və idarəetməni dəyişənə qədər ona bələdçilik etdi”.

Bu olaydan 10 dəqiqə sonra Baltik bölgəsinə daha bir ABŞ-a məxsus RC-135 təyyarəsinin daxil olduğu və onun da qarşısının alındığı bildirilib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir