ABŞ Tbilisidən Rusiyaya meydan oxudu

Bizimsesimiz.info // Donald Tramp administrasiyası Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə qəsd etmək istəyən ölkələrə hər zaman sərt cavab verəcək. AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens Tbilisidə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili birgə keçirdiyi mətbuat konfransında bildirib.

Pens Gürcüstan ərazilərinin 20 faizinin işğal olunduğunu və 40 km aralıda Rusiya tanklarının durduğunu vurğulayıb: “Bir daha vurğulayıram ABŞ Rusiyanın Gürcüstan ərazilərini işğal etməsini sərt şəkildə pisləyir. Biz inanırıq ki, güclü və inkişaf etmiş Gürcüstan öz bütövlüyünü təmin edəcək. Mən əminəm ki, gün gələcək, ölkəniz öz ərazilərinin qaytarılmasını qeyd edəcək”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir