ABŞ-ın Türkiyədəki səfirliyi önündə minlərlə insan Trampın qərarına etirazını bildirir – FOTOLAR

Bizimsesimiz.info // Anadolu Gənclik Dərnəyinin təşkilatçılığı ilə minlərlə türkiyəli Donald Trampın ABŞ səfirliyini Qüdsə köçürüb, bu şəhəri İsrail rejiminin paytaxtı kimi tanıyacağı qərarına etiraz etmək üçün ABŞ-ın Türkiyədəki səfirliyi önündə toplaşıb.

Aksiyada İsrail rejimi və ABŞ əleyhinə şüarlar səsləndirilib. Aksiya iştirakçılarının sayı isə durmadan artıb.

Dekabrın 6-da saat 22:00-da isə Donald Tramp canlı yayımla çıxış edərək bu barədə qəti mövqeyini açıqlayıb.

Qeyd edək ki, hazırda dünyanın bir çox ölkəsində İsrail rejimi və ABŞ əleyhinə aksiyalara start verilib.

Fələstinli müqavimət qrupları ölkə və ölkə xaricində yaşayan Fələstin dəstəkçilərini kütləvi aksiyalar keçirməyə səsləyib.

HƏMAS isə bu gün Donald Trampın Fələstin əleyhinə verəcəyi qərarın 3-cü İntifadanın başlaması üçün qığılcım yaradacağı xəbərdarlığını edib. //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir