ABŞ Türkiyədən edilən viza müraciətlərini təxirə saldı

ABŞ-ın Türkiyə səfirliyindən verilən rəsmi bəyanatla Türkiyədən edilən viza müraciətləri təxirə salınıb.

ABŞ səfirliyindən bu barədə verilən rəsmi açıqlamada belə qeyd olunur:

“Son zamanlar baş verən hadisələr ABŞ hökumətini Türkiyə hökumətinin ABŞ səfirliyinin konsulluqları və şəxsi heyətinin təhlükəsizliyinə dair öhdəliklərini yenidən nəzərdən keçirmək məcburiyyətində buraxıb. Həmin qiymətləndirmə prosesində səfirliyimiz və konsulluqlarımıza gələn ziyarətçi sayını minimuma endirmək məqsədilə bu andan etibarən Türkiyədəki bütün ABŞ diplomatik missiyalarında köçkün olmayan viza xidmətləri təxirə salınıb.”

Bizimsesimiz.info // İstanbulda davam etdirilən FETÖ araşdırması çərçivəsində ölkədən qaçmış keçmiş prokuror Zəkəriyyə Öz və FETÖ-ya bağlı olmasından şübhəli bilinən keçmiş polis rəisləri ilə əlaqəli olduğu irəli sürülən ABŞ-nın İstanbul Baş Konsulluğu nümayəndəsi Mətin Topuz saxlanılıb. O, “Konstitusiyon nizamı aradan qaldırmağa cəhd, casusluq və Türkiyə hökumətini aradan qaldırmağa cəhd” ittihamları ilə həbs olunub.

ABŞ İstanbul Baş Konsulluğunda vəzifəli şəxs olan Mətin Topuzun həbs olunmasına dair ABŞ səfirliyndən verilən yazılı bəyanatda, “İşçilərimizə qarşı əsassız və mənbəyi bilinməyən iddialar bizim uzunmüddətli tərəfdaşlığımıza zərbə endirir və bu tərəfdaşlığın dəyərini azaldır”, -deyə qeyd olunub. // Sputnik

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir