ABŞ Ukraynaya axır ki, bu silahları verir

Bizimsesimiz.info // ABŞ Ukraynaya öldürücü silahlar verə bilər.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Cef Devis söyləyib.

“Biz Ukraynaya əvvəllər öldürücü müdafiə silahları verməmişik. Bu, gələcəkdə də vəziyyətin belə qalacağı demək deyil”, – deyə o bildirib.

Qeyd edək ki, Ukrayna uzun müddətdir ABŞ-dan öldürücü silahlar almağa cəhd edir. Kiyevin bu fəaliyyətinə Rusiya müəyyən vasitələrlə maneə yaradır.

Obama administrasiyası Donbasda yenidən müharibənin aktivləşməməsi üçün Ukraynaya bu silahları verməkdən imtina edirdi.