ABŞ və Böyük Britaniya Suriyada terrorçulara kimyəvi silah verir
Bizimsesimiz.info // Suriya xarici işlər nazirinin müavini Feysəl Mikdad deyib ki, zəhərli maddələri terrorçulara ABŞ və Britaniya verib.
Avropa.info xəbər verir ki, onun sözlərinə görə, əminliklə demək olar ki, ABŞ və Böyük Britaniya həmçinin onların müttəfiqləri kimyəvi silahın qadağan olunması barədə konvensiyanı pozaraq zəhərli maddələr ötürür.
“Tapılan bütün əl qumbaraları və qumbaraatan mərmiləri zəhərli CS və CN maddələri ilə təchiz olunub. Aşkar edilən kimyəvi ehtiyatlar ABŞ ərazisində yerləşən “Federal Laboratories” şirkətində istehsal olunub. Zəhərləyici vasitələr isə “Cherming Defence” (Böyük Britaniya) “NonLethal Technologies” (ABŞ) şirkətləri tərəfindən hazırlanıb” – Mikdad belə deyib.