ABŞ və Cənubi Koreya tarixinin ən genişmiqyaslı ortaq təlimi

Bizimsesimiz.info  // ABŞ və Cənubi Koreya Hərbi-Hava Qüvvələri dekabrın 4-də  ən genişmiqyaslı birgə təlimlərə başlayıb.

Şimali Koreyanın raket sınaqları fonunda keçiriləcək təlimlər 5 gün davam edəcək.

Məlumata görə, təlimlərə 12 000 Amerika hərbçisi ilə 4 min Cənubi Koreya hərbiçisi və 230-dan çox hərbi texnika cəlb edilib.

ABŞ komandanlığının məlumatında bildirilir ki, təlimlərin məqsədi ABŞ və Cənubi Koreya HHQ-larının döyüş qabiliyyətini artırmaq, onların arasında koordinasiyanı gücləndirilməkdir.

Qeyd edək ki, keçən həftə qitələrarasında ballistik raket sınağı keçən Şimali Koreya  təlimin bölgəni nüvə hərbin astanasına gətirəcəyi barədə təhdid etmişdi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.