ABŞ və İsrailin ortaq kütləvi qeyri-sabitlik silahı: “Kürdüstan” – TƏHLİL
Bizimsesimiz.info // ABŞ-da yayımlanan “Mintpress News” portalı Sarah Abed imzalı yazı yayımlayıb.
“The Kurds: Washington’s Weapon Of Mass Destabilization In The Middle East” adlı yazıda fikirlərini bölüşən müəllif Yaxın Şərqdə baş verənləri şərh edib. 3 yazıdan ibarət olan məqalədə ana fikir budur: “1960-cı ildən bu günə qədər kürdlər Yaxın Şərqdə böyük qüvvələr tərəfindən həmişə qeyri-sabitlik yaradılmaq üçün istifadə edildi. İraq və Suriyadan sonrakı hədəf isə Türkiyə ilə İrandır. 2015-ci ildə “Financial Times” qəzeti İsrailin istifadə etdiyi neftin 77 faizini Barzanistandan aldığını yazmışdı. 2015-ci ilin may və avqust ayları arasında İsrailin Barzanistandan aldığı 19 milyon barel neftin üçdə biri Türkiyənin Ceyhan limanına göndərilmişdi. 1966-cı ildə İraq müdafiə naziri Əbdüləziz əl-Qüvayli İraqdakı kürdlərin Yaxın Şərqdə “ikinci İsrail” dövləti qurmaq istədiyini bildirmişdi. Qüvayli İraqın şimalında qurulması planlaşdırılan 2-ci İsrailin qərb və şərq tərəfindən dəstəkləndiyini iddia etmişdi. İsrail Baş naziri Menahem Beqin 1965-1975-ci illər arasında iraqlı kürdlərin ayağa qalxmasını dəstəklədiklərini söyləmişdi. 1973-cü ildə İraq kürdlərinin üsyan qaldırmasını ABŞ dövlət katibi Heri Kssinqer və Prezident Riçard Nikson idarə etmişdi. İsrailin rəsmi mövqeyi 1980-cı ildə iraqlı kürdlərə yardım etdikləri zaman məlum oldu. Bundan 50 il sonra Barzanistan 25 sentyabr üçün referendum qərarı qəbul etdi. Hazırda Suriyada ABŞ rəhbərliyi kürdlərlə birgə hərəkət edir. “Suriya Demokratik Qüvvələri” adlandırılan yaraqlılar hardasa əksəriyyəti PKK-nın Suriya qanadı ola YPG-dən ibarətdir. ABŞ rəhbərliyi bunlara aşkar şəkildə silahlar verir. Kürdlər tarixdə heç vaxt kaman olmadılar, əksinə həmişə ox oldular. Qərb onları həmişə romantik formada azadlıq döyüşçüləri olaraq xarakterizə edir. Onsuzda birinci və ikinci İraq işğalının hədəfi “İkinci İsrail”i qurmağa xidmət edir. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatlarına görə, Türkiyədə 14.5 milyon, İranda 6 milyon, İraqda 5.5 milyon və Suriyada 2 milyon kürd yaşayır. Yəni quracaqları yeni “İsrail” dövlətinin vətəndaşlarının sayı 28 milyon nəfər olacaq. İngiltərə İmperializminin Yaxın Şərqə mirası olan “Oded Yinon Planı” kürdlərin yaşadığı əraziləri də özündə əks etdirən “Böyük İsrail”dən ibarətdir. Bu İsrail bayrağındakı iki mavi xətt, yəni Nil və Fərat arasında qalan Davud bölgəsidir. İsrail 1960-cı ildən bu günə qədər bu planı İngiltərə ilə deyil ABŞ ilə birgə tətbiq edir. 2012-ci ildə Fransanın “Le Fiqaro” qəzeti İsrailin iranlı müxaliflərə İraqın şimalındakı kürd bölgələrində təlim keçdiyini yazmışdı. Qəzet bu insanların İraq, Türkiyə və Suriyada İsrail üçün casusluq etdiyini diqqətə çatdırmışdı. Bu xəbərlərdən bir il sonra isə “Vaşinqton Post” qəzeti Türkiyənin İranda fəaliyyət göstərən bir casusluq şəbəkəsini Tehrana bildirdiyini və bu şəbəkə içərisində 10 kürd əsilli şəxsin Türkiyədə “Mossad” agentləri ilə görüşdüyünü xəbər verdiyini yazmışdı. Bundan əlavə, 2010-cu ildəki “Wikileaks” sənədlərində “Mossad” sədri Meir Daqanın kürdlərdən istifadə edərək, İran rejimini devirməyi planladıqlarını ifşa edilmişdi. İran, İraq, Türkiyə və Suriya bu gün sərhədlərinin ABŞ və NATO tərəfindən dəyişdirilməsinə etiraz edir”.
Mənbə: eastnews.org