ABŞ-ın yanlış zərbəsi nəticəsində 16 polis həlak olub
Bizimsesimiz.info // Əfqanıstanın Helmand vilayətində Amerika Birləşmiş Ştatlarının həyata keçirdiyi hava hücumu nәticәsindә 16 polis hәlak olub.
Polis nümayәndәsi Salam Əfqan hücumun dünən yerli vaxtla saat 17:00 radәlәrindә baş verdiyini bildirib. Әfqan hücum nәticәsindә ikisi komandir olmaqla 16 polisin öldüyünü, 2 polisin dә yaralandığını qeyd edib.
Bu məlumatları vilayət qubernatorunun müavini Omar Zvak vә TOLO xәbәr agentliyi dә təsdiqləyib.
ABŞ komandanlığı da öz növbəsində aviasiya zərbəsinin səhvən endirildiyini bildirib.