Bizimsesimiz.info  // ABŞ-ın yeni nüvə doktrinasında Rusiya, Çin və KXDR Asiya-Sakit Okeanı regionu üçün təhlükə adlandırılıb.

“Report” “RT”ə istinadən xəbər verir ki, bu barədə doktrinada bildirilir.

“ABŞ-ın Asiya-Sakit Okeanı regionundakı müttəfiqləri və tərəfdaşları qarşısındakı öhdəlikləri sarsılmazdır. Necə ki, Avropada, güclü, birləşmiş ittifaqlar və görülən tədbirlər regionda etibarın təminatının ən effektiv vasitəsidir. Ancaq Şimali Koreya, Çin və Rusiya regionda müttəfiqlərimizə və maraqlarımıza unikal və mürəkkəb təhlükələr yaradır”, – deyə doktrinada göstərilir.

Qeyd edilir ki, Amerikanın Asiyadakı alyansının strukturu Avropa variantından fərqlənir. Əgər Avropada bir çoxmillətli ittifaq varsa, Asiyada bu, çoxtərəfli əməkdaşlığın müxtəlif dərəcəsi ilə ikitərəfli əməkdaşlıqlar seriyasıdır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here