Adnan Oktar və 200 tərəfdarı əməliyyat nəticəsində saxlanılıb – Foto

Türkiyədə özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktar və 200 tərəfdarı hüquq-mühafizə orqanlarının apardığı əməliyyat zamanı saxlanılıb.

Bizimsesimiz.info “Report” -a istinadən xəbər verir ki, onlar azyaşlı uşaqlara təcavüz, çirkli pulların yuyulması, təhdid və şantaj etməkdə ittiham olunur.

Əməliyyat zamanı çoxlu sayda silah-sursat, zirehli geyim və maşın müsadirə edilib.

Adnan Oktarın İstanbulun Çəngəlköy rayonundakı evində saxlanılan zaman müqavimət göstərdiyi bildirilir.

Həmçinin səhər saatlarında Adnan Oktarın verilişlərini canlı yayımladığı A9 TV-də də əməliyyat keçirildiyi qeyd olunur.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir