Afrika dünya nizamında hələ də layiqli yerini tutmayıb – Mərakeş naziri
Bizimsesimiz.info // Mərakeşin xarici işlər və beynəlxalq təhlükəsizlik üzrə naziri Nasser Bourita BMT baş katibinin BMT nizamnamələrini daha yaxşı həyata keçirmək üçün islahatlar tətbiq etməyinə dair istəyini dəstəkləyib.
SalamNews xəbər verir ki, nazir bildirib: “Bizim dünya yol ayrıcındadır və bu, davamlı inkişaf, sülh və təhlükəsizliyə təsir edir.
Dünyada bu gün keçmişlə müqayisədə daha az münaqişələr var, lakin təhlükə terrorizm, miqrasiya, iqlim dəyişkənliyi formasındadır. Qloballaşma tricarətin inkişaf etməsinə səbəb olub, lakin böyük iqtisadi fərqliliklər böyük böhranlara səbəb olur, terror təşkilatları bundan faydalanaraq dünyanı məhv etməyə, vətəndaşları risk altında qoyurlar, ölümə düçar edirlər. Biz əməkdaşlıq mexanizmlərimizi yeniləməliyik və effektiv etməliyik. Afrika dünya nizamında hələ də layiqli yerini tutmayıb. Qitə zəngin insan qaynaqları, məhsuldar torpaq və su ehtiyatları ilə zəngindir. Mərakeş kralı xarici siyasətə və Afrikanın inkişafı üçün region ölkələri ilə real əməkdaşlığın inkişafına köklənib. Mərakeş kralı həmişə deyir ki, “Afrika mənim qitəmdir, Afrika mənim ölkəmdir”.