Afrika ölkələrinə ən çox səfər edən müsəlman lider Türkiyə prezidentidir
Bizimsesimiz.info // Türkiyə Xarici İşlər Nazirliyinin Afrika ölkələri üzrə müdiri, səfir Əhməd Rza Demirer indiyə qədər Rəcəb Tayyib Ərdoğan qədər Afrikaya səfər edən ikinci lider olmadığını deyib.
34-cü Afrika Səhiyyə Konqresində çıxış edən Ə.R.Demirer AK Partiya hökuməti tərəfindən Afrikada yeni səfirliklər açıldığını, Türkiyə Hava Yollarının (THY) səfərlərə başladığını, humanitar yardımlar üçün qaynaqlar yaradıldığını qeyd edib.
Türkiyənin digər ölkələrdən fərqli olaraq öz inkişaf qaynaqlarından fədakarlıq edərək Afrikaya yardım etməsini vurğulayan Demirer bunun yaxın dostluq bağlarının daha da güclənəcəyinin işarəsi olduğunu bildirib.
“Afrika açılışının memarıdır Rəcəb Tayyib Ərdoğan” deyən Ə.R.Demirer Ərdoğanın baş nazirliyi və dövlət başçılığı dövrlərində 23 Afrika ölkəsinə 30-dan çox səfərilə bağlı deyib: “Ərdoğanın səfərləri afrikalı olmayan bir lider üçün rekordur. Bəlkə Afrikada da afrikalı liderlər arasında Ərdoğan qədər Afrika səfəri edən lider yoxdur. Dövlət başçısı bu səfərlər zamanı yanında iş adamları, alimləri, qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrini də aparıb. Ərdoğan türkə Afrikanı, Afrikaya türkə tanıdıb.”