Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın Afrin şəhərində həyata keçirilən anti-terror “Zeytun Budağı” əməliyyatı nəticəsində öldürülən terrorçuların sayı 1141 nəfərə çatıb.
Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, 10 fevralda PKK/KCK/PYD-YPG və İŞİD terror təşkilatının 79 üzvü zərərsizləşdirilib. Bununla, 20 yanvardan bu günə qədər öldürülən terrorçuların sayı 1141 nəfərə çatıb.
Qeyd edək ki, əməliyyatda TSQ ilə birlikdə Azad Suriya Ordusu da iştirak edir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here