Afrin tamamilə nəzarət altına alındı

Bizimsesimiz.info // Türkiyənin Suriyada apardığı “Zeytun Budağı” əməliyatı çərçivəsində Afrin bölgəsində nəzarət tamamilə təmin olunub.

Bu barədə Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Baş Qərargahından açıqlama verilib.

Açıqlamada Afrində nəzarətin tam əldə olunduğu, əhalinin inamla evlərinə qayıdışını təmin etmək üçün lazımi tədbirlərin görülməsinə dair işlərin davam etdiyi bildirilib.

Bu çərçivədə TSQ regionda əldəqayırma partlayıcı qurğu və mina axtarma işlərini davam etdirir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri prezident Rəcəb Tayyib Ərdoğanın verdiyi bir həftəlik müddətin bitməsindən dərhal sonra Afrinə qarşı əməliyyatı 20 yanvarda başlatmışdı //eastnews.org

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir