uriyanın Afrin bölgəsində Türkiyə ordusunun daha bir hərbçisi şəhid olub.

“Report” NTV televiziyasına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün “Twitter” səhifəsində yazıb.

“Afrin əməliyyatında ikinci hərbçimiz, leytenant Oğuz Kaan Usta şəhid oldu. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Terrorun kökünü kəsənə qədər mübarizə aparacağıq”, – deyə xarici siyasət idarəsinin rəhbəri bildirib.

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu (ASO) ilə birlikdə Suriyanın Afrin bölgəsində “Zeytun budağı” adlı antiterror əməliyyatlarına başlayıb. Əməliyyatların ikinci günündə Türkiyə ordusunun hərbçisi Musa Özalkan şəhid olmuşdu.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here