ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduronun dialoq təklifini rədd edib.

Avropa.info xəbər verir ki, bu barədə Ağ Evin Təhlükəsizlik Şurası nümayəndəsi açıqlama yayıb.

“Keçən ilən avqustunda dediyimiz kimi müəyyən addımlar atılandan sonra Tramp məmnuniyyətlə Venesuela lideri ilə bir masaya oturacaq” – məlumatda belə deyilir.

Vaşinqtonun tələb etdiyi addımlar arasına Venesuelada “demokratiyanın dirçəlməsi”, “konstitusiyaya əməl olunması”, “azad, demokratik, ədalətli və etibara layiq seçkilərin keçirilməsi”, həmçinin “insan haqlarının pozulmasının dayandırılması” daxildir.

Qeyd edək ki, Maduro “Tvitter”dən ABŞ prezidentinə müraciət edərək dialoqa başlamağı təklif etmişdi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here