Cənubi Koreyanın Phönçhan şəhərində 33-cü Qış Olimpiya Oyunlarının təntənəli qapanış mərasimi olub.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, “Ağ Olimpiada”nın triumfatoru 39 medal qazanmış Norveç yığması olub.

Almaniya yığması 31, Kanada yığması isə 29 medal qazanıb.

Rusiya yığması 17 medalla 13-cü yeri tutub.

Təntənəli qapanış mərasimində Rusiya yığması ölkənin yox, Olimpiya bayrağı altında keçib.

2014-cü ildə Soçidə keçirilən və Rusiya üçün triumfla başa çatan 32-ci Olimpiya Oyunlarından sonra ölkə yığması Beynəlxalq Antidopinq Agentliyinin sanksiyalarına məruz qalmışdı. Agentlik rusiyalı olimpiyaçıları dopinqdən istifadədə suçlamışdı. Bu səbəbdən Phönçhan Olimpiadasına Rusiyanın 500 olimpiyaçısından cəmi 169 nəfər buraxılmışdı. O da bir şərtlə: Rusiya yığması ölkə bayrağı altında çıxış edə bilməzdi.

Rusiya Olimpiya Komitəsinin Beynəlxalq Olimpiya Komitəsində üzvlüyü ötən ilin dekabrın 5-də dayandırılmışdı.

Növbəti, 34-cü Qış Olimpiya Oyunları 2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək.

Qapanış mərasimdə tribunanın VİP lojasında Cənubi Koreyanın prezidenti Mu Çje İn və xanımının arxasında ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp, habelə Şimali Koreyanın təmsilçisi Kim Yon Çol oturmuşdular.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here