Aİ-də rouminq ödənişi ləğv edilib
Bizimsesimiz.info // Bu gündən etibarən Avropa İttifaqının ərazisində yerli mobil operatorlarının abunəçiləri üçün rouminq pulsuz olacaq. Bu barədə Aİ-nın Şurası məlumat yayıb. İyunun 15-də qüvvəyə minən rouminq ödənişinin ləğv edilməsi prosesinə iki il əvvəl başlanılıb. Xatırladaq ki, Avropa Komissiyası rouminqin tam ləğvindən sonra 2020-ci ilə qədər Avropanın böyük şəhərlərində internetə pulsuz çıxışı təmin etmək niyyətindədir. Report