Alkoqolun beyin üçün gözlənilməz bir təhlükəsi də aşkar edildi- Texasda

Texas Universiteti alimlərinin apardığı genişmiqyaslı araşdırma nəticəsində alkoqolun insan beyni üçün indiyədək müəyyən olunmamış gözlənilməz bir təhlükə də törətdiyi aşkar edildi.
Moderator.az Rusiya saytlarına istinadla xəbər verir ki, İslamdakı əsas günah əməllərdən biri beynin mövcud hüceyrələrini öldürməkdən əlavə, həm də yeni hüceyrələrin meydana gəlməsinin qarşısını alır, bu da spirtli içki istifadəsinin mənfi nəticələrinin  aradan qaldırılmasının tam mümkünsüzlüyünü sübut edir.
Tədqiqatçılar yenilikçi metodların köməyi ilə alkoqollu içkilərin beynin müxtəlif hissələrinə nə dərəcədə təsir etdiyini öyrənmişlər.
Qeyd edilir ki, alkoqol daha çox beynin subventrikülyar zonasında kök hüceyrələrə ziyan vurur. Məhz həmin zona  insan beynində ömür boyunca  yeni neyronların meydana gəlməsinin mənbəyidir.
Sultan Laçın

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.